Sizin link burada

Azərbaycanda yeni telekanal yaradılır - SEÇİM BAŞLADI

 

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən, 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

 

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>