Sizin link burada

Samuxda "Ərənlər at belinə!" layihəsinin açılışı keçirilib

“Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili”  layihəsinin açılış mərasimi keçirilib
 
 
 
Lent.az-ın məlumatına görə, “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ərənlər at belinə! region gəncləri arasında çövkən-at yarışlarının təşkili” layihəsini həyata keçirir.
 
 
Samux rayon Heydər Əliyev Mərkəzində layihənin açılış mərasimi keçirilib. Tədbirdə Samux rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi Rasim İmamquliyev, Samux rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Qurbanov, Samux rayon Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Samux rayon şöbəsinin nümayəndəsi Rüstəm Xudiyev və yeniyetmələr iştirak ediblər.
 
 
Tədbirdə layihə haqqında məlumat verilərək məqsədin gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması olduğu bildirilib. Qeyd edilib ki, bu məqsədlə çövkən-at yarışları təşkil ediləcək.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>