Sizin link burada

Təhsil İdarəsi işə qəbul üzrə imtahanın nəticəsini açıqladı

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
 
 
BŞTİ-dən Lent.az-a verilən məlumata görə, nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
 
 
Keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. 
 
 
Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.
 
 
Qeyd edək ki, 3-4 noyabr 2017-ci il tarixlərində keçirilən test imtahanında təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat, kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar. 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>