Sizin link burada

"Qoca" ilə birlikdə qaçan məhbusa ağır cəza verildi

 

Bakıda xüsusi təyinatlı qatardan qaçmaqda təqsirləndirilən Əli Ağaminin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin cinayət kollegiyası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında proses aparıb.

 

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Əli Ağami 19 il, Məhəmməd Heydərov (Maqa Hacıqabullu) 18 il, Tahir Məlikov (Marojna) 18 il, Əfsər İbrahimov 18  il cəza alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

 

Etibar Məmmədov (Qoca) ilə bağlı isə cəzasız ittiham hökmü çıxarılıb.

 

Qeyd edək ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

 

Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

 

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>