Sizin link burada

Azəri Günel nişanlısından ayrıldığını təsdiqlədi

Türkiyədə yaşayan müğənni Azəri Günel nişanlısından ayrılma xəbərini qismən təsdiq edib.

 

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində yazıb ki, onun sevgilisinin rəhbəri olduğu “Torunlar Ajans” və orada çalışan insanlarla əlaqəsini kəsib:

 

“Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. “Torunlar Ajans” və orada çalışanlarla bütün əlaqəmi kəsdim”.

 

Günel eyni zamanda yeni şirkət açdığını da deyib:

 

“Bu gündən bütün tədbirlərimi öz şirkətim olan “BYGNL”-in əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcəm”.

 

 

Qeyd edək ki, G.Zeynalova bir müddət öncə nişanlısı ilə birgə “Torunlar Ajans” biznesini qurmuşdu.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>