Sizin link burada

(R) Beynəlxalq Bankda premium kartlara 50%-dək endirim

 

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı plastik kartlarla bağlı yeni endirim kampaniyasına başlayıb. Kampaniya 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə keçirilir. 14 noyabrdan 30 noyabra qədər davam edəcək kampaniya çərçivəsində VİSA Gold və MasterCard Gold kartlarını bankdan cəmi 10 AZN-ə almaq olar.

 

Bundan başqa, 14 – 17 noyabr tarixləri arasında VİSA/MC Platinum, AMEX Green kartları müştərilərə 50%, VİSA Gold Prime, VİSA Platinum Prime, VİSA İnfinite, MasterCard World Elite, AMEX Gold, AMEX Platinum kartları isə 40% endirimlə təklif edilir.

 

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı nağdsız əməliyyatlar sahəsində də liderlərdəndir. Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>