Sizin link burada

Bakıda bıçaqlanma olub

Bakının Xətai rayonunda gənc oğlana 3 bıçaq zərbəsi vurulub.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Məhəmməd Hadi küçəsi, 81 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Quliyev Elcan Elşən oğlu tanıdığı adamla mübahisə edib. Nəticədə o ayaq, bədən və sağrı nahiyələrindən bıçaq zərbələri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

 Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>