Sizin link burada

Bakıda qumbara tapıldı

Noyabrın 13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1 ədəd qumbaranın olması barədə məlumat daxil olub.

 

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilub.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş əl qumbarasının ətrafında 35 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>