Sizin link burada

Masallıda oğurluq edən keçmiş məhkum tutuldu

Masallıda oğurluqla məşğul olan şəxs tutulub.

 

APA-nın cənub bürosuna bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Belə ki, Masallı Rayon Polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb. Araşdırmalarla əvvəllər məhkum olunmuş şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu ilə daxil olduğunu, oradan 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib. Oğurlanan telefonlar ondan maddi sübut kimi götürülüb.

 

İstintaq zamanı C.Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, keçən il avqust ayının 26-da Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə  qanunsuz yolla daxil olaraq oradan 200 manat oğurlayıb.

 

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>