Sizin link burada

Rabitə kabelləri oğurlandı - 1000 abonent telefonsuz qaldı

Şirvanda şəhər telefon şəbəkəsinin rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb.

 

Şirvan Telekommunikasiya qovşağından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə Şirvan şəhərinin H.Əliyev prospekti və Vaqif  küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət olan ana xətt kabellərini kəsərək  oğurlayıblar.

 

Nəticədə Şirvan şəhərinin Bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və Köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib.  Bir çox abunəçilərin internet verilişi də dayanıb. Hazırda Şirvan telekommunikasiya qovşağının təmir-tikinti briqadası oğurlanan kabellərin bərpası ilə məşğuldur. Bildirilir ki, rabitə xəttinin bərpa olunması bir həftəyə qədər mümkün olacaq. Qovşağa böyük məbləğdə maddi ziyan vurulub.

 

Şirvan polis şöbəsində faktla bağlı cinayət işi açılıb, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>