Sizin link burada

Tovuzda maşın aşdı - 2 yaralı

Tovuzda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndinə gedən yolda qeydə alınıb.

 

Minik avtomobilinin aşması nəticəsində Abulbəyli kənd sakinləri, 1965-ci il təvəllüdlü Şəhadət İsmayılov və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Gülbəniz İsmayılova müxtəlif  bədən xəsarətləri  alaraq xəstəxanaya  yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>