Sizin link burada

“Mançester Yunayted”in futbolçusu “Fənərbaxça”ya keçir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı futbolçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

 

Britaniyanın “Mirror” nəşrinin iddiasına əsasən, Fellaininin meneceri ötən həftə İstanbula gələrək, “sarı-lacivərdlilər”lə danışıq aparıb. Futbolçunun razılığını alan Türkiyə nəhəngi vaxt itirmədən “Mançester Yunayted” rəhbərliyi ilə də görüş keçirib. Məlumatda “qırmızı şeytanlar”ın 8 milyon avro müqabilində Fellainini satmağa razılıq verdiyi bildirilib. Mançester klubunun baş məşqçisi Joze Mourinyo onun gedişindən sonra yaranacaq boşluğu Donetsk “Şaxtyor”unun üzvü Fredlə doldurmaq niyyətindədi.

 

Qeyd edək ki, Maruan Fellaini “Mançester Yunayted”ə 2013-cü ildə “Everton”dan keçib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>