Sizin link burada

Mağazalardan külli miqdarda pul oğurlayan yeniyetmələr tutuldu

Bakıda oğurluqla məşğul olan yeniyetmələr tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki mağazaların birindən 622 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

 

Ətraflarında aparılan tədbirlərlə onların cari il oktyabrın 17-28-də rayon ərazisində daha 1 mağazadan 9020 manat, əyləncə mərkəzindən 169 manat və mobil telefon, gözəllik salonundan isə məişət əşyaları oğurlamaları da müəyyən edilib.

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>