Sizin link burada

Kəmaləddin Heydərov "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak edib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak edib.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, sərginin noyabrın 12-dən 16-dək keçirilməsi nəzərdə tutulub. "Dubai Airshow 2017" ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur. Sərgidə  dünyanın 60-dan çox ölkəsinin 1200-dən artıq eksponatı, 160-dan çox müasir təyyarə nümayiş etdirilir. "Dubai Airshow 2017" sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>