Sizin link burada

Bakıda “KamAZ”ın altında qalan qadın öldü

Bu ilin sentyabrında Bakıda yük maşınının vurduğu qadın xəstəxanada vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il sentyabr ayının 26-da Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Adil Çələbiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazxanım Hacıyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 12-də orada ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>