Sizin link burada

Sosial şəbəkələrdə quldurluq edən şəxslərə AĞIR CƏZA

 

Sosial şəbəkələr vasitəsilə quldurluq etməkdə təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Meybullayev 10 il 6 ay, R.Rəhimov 10 il 6 ay, E.Balakişiyev 10 il 3 ay, R.Xəlilov 14 il, A.Məmmədov 10 il 6 ay və yetkinlik yaşına çatmayan A.Musayeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Prokuror İ.Meybullayev R.Rəhimov,  Elnur Balakişiyev, və R.Xəlilova 14 il, A.Məmmədovun 14 il 6 ay və A.Musayevanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, adıçəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

 

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

 

Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl prosesə gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

 

Elnur Baxşıyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. O, hökm elan edildikdən sonra məhkəmə zalında həbs edilib.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>