Sizin link burada

Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ

 

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz  15-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə  2-7° isti, gündüz  8-13° isti olacağı gözlənilir.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>