Sizin link burada

Fikrət Qocanın nəvəsi atasının qatilindən şikayətçi olmadı

 

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov və xuliqanlıqda təqsirləndirilən Pərviz Hüseynov, Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

Dövlət ittihamçısı çıxışında Elnur Nəhmədovun 19 il, Pərviz Hüseynovun 3 il və Ruslan Məmmədovun 4  il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun oğlu Əli Qocayev məhkəmə prosesində şikayətçi olmadığını deyib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışı E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Həmin gün orada Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovun aralarında mübahisə baş verib. 

 

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>