Sizin link burada

Günay İbrahimli həmkarlarından danışdı: "Onunla küsülüyük" - VİDEO

 

Müğənni Günay İbrahimli növbəti dəfə qalmaqallı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı olan ifaçı həmkarlarının mahnılarını qiymətləndirib. 


Günay Murad Arifin "Partlat" mahnısını sonuncu sıraya qoyub: "Murad Arifin adını "qarışqa" qoymuşam. Amma “Partlat” mahnısı mənim zövqümdə deyil. Yalan danışmayım, mahnı hit deyil. Ramalın mahnısı yeni işıq üzü görüb. Bir aydan sonra bəlkə partladı, amma indi yox. Siyahıda doqquzuncu olsun".
 
Müğənni İradə İbrahimovanı Azərbaycan şou-biznesində görmədiyini deyib: "İradə İbrahimovanı bəyənirəm. Öz yerini qoyub gedib, gəlib doldurmalıdır. Amma doldura bilməyib. Onun şou-biznesdə hazırda yeri yoxdur. Mahnısı da sevilmir, səkkizinci olsun.

 

Yeddinci yer Sevda Yahyayeva olsun. Azərbaycansayağı bir mahnıdır. Düşünürəm ki, Elçin Cəfərov "Bezdim" mahnısı ilə yenidən geri qayıtdı. Ona görə də altıncı yerdə onu görürəm". 

Günay əməkdar artist Röya Ayxanı beşinci yerə layıq görüb: "Beşinci yer Röya Ayxan olsun. Bilirəm ki, sevimli müğənnidir, amma beşincidir. Burada müğənni ilə ölçmürəm, mahnılarla sıralayıram. Siyahıda dördüncü Rəhim Rəhimlinin "Basdalama damarımı"dueti yer alsın".

İfaçı xalq artisti Zülfiyyə Xanbabayevanın "Sevgi etirafı" mahnısını hit adlandırıb və onu üçüncü yerə qoyub. İbrahimli sıralamada ikinci xalq artisti Aygün Kazımovanın "Sus" mahnısını görüb: "Hitləri Azərbaycan şou-biznesinə Aygün Kazımova gətirib. "Sus" mahnısı səs-səda yaratdı. Mən onun kimi cəsarətli ola bilmərəm. Onu tənqid etdilər, daşladılar. Güzgü olaraq təqdim edib ki, belə həyatlar var. Həftənin hit mahnısı Miri Yusifin "Oyna"sıdır".
 
G.İbrahimli "Hit parad"dan əməkdar artist Xumar Qədimovanı uzaqlaşdırıb. "Biz küsülüyük, amma onun onluğa aiddiyyatı yoxdur" deyə, sənətçi bildirib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>