Sizin link burada

İlham Əliyev İran və İraq rəhbərlərinə başsağlığı verdi - YENİLƏNİB

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri Həsən Ruhaniyə başsağlığı məktubu yollayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

 

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

 

Prezident İlham Əliyev həmçinin İraq Respublikasının baş naziri Heydər əl-Abadiyə də zələlə nətiəsində insan itkiləri ilə əlaqədar başsağlığı verib. 

 

Allah rəhmət eləsin!”

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>