Sizin link burada

İtaliya Dünya Çempionatından kənar qala bilər - TARİXİ OYUN

Bu gün DÇ-2018-in daha bir iştirakçısının adına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, günün yeganə pley-off cavab qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gələcəklər.

İlk görüşdə doğma meydanda qalib gələn İsveç yığması nisbətən üstün tərəfdi.

Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb.

Əgər cavab oyununda da skandinaviyalılar İtaliyanı dayandıra bilsə, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komanda olacaq ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

DÇ-2018, pley-off oyunları

Avropa zonası

Cavab qarşılaşmaları

13 noyabr

23:45. İtaliya – İsveç

İlk oyun: 0:1

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>