Sizin link burada

İranda zəlzələdən sonra 70 min insan evsiz qaldı

İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.

 

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.

 

“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, deyə mənbə bildirib.

 

İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.

 

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində İranda 129 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>