Sizin link burada

Kriştiano Ronaldo dördüncü dəfə ata oldu - FOTO

Madridin “Real” klubu və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo dördüncü dəfə ata olub.

 

APA-nın xəbərinə görə, bu barədə Ronaldo özünün “İnstagram” səhifəsində yazıb.

 

O qeyd edib ki, sevgilisi Corcina Martines və körpə özlərini yaxşı hiss edirlər.   Yeni doğulan qıza Alana Martina adı verilib.

 

Qeyd edək ki, bu ilin iyununda 32 yaşlı futbolçu surroqat ana vasitəsilə əkiz uşaq atası olub. Bundan başqa, onun 7 yaşlı daha bir oğlu var.

LENT

19 Yanvar 2018
18 Yanvar 2018

Digər xəbərlər >>>