Sizin link burada

Göyçay sakini toyda qohumunu bıçaqladı

Göyçay rayonunda toy mərasimində qohumlar arasında baş verən dava qanla nəticələnib.

 

APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

 

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu arasında şəxsi münasibətlər zəmnində dava baş verib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, Bəhruz Vəlibəyov sahibkar, Dəyanət Babayev isə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin əməkdaşıdır.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>