Sizin link burada

80 yaşlı kişi dərəyə yıxılaraq öldü

Şəkidə 80 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən  məlumata görə, bu gün səhər saatlarında  rayonun Küdürlü kənd sakini, 1937-ci il təvəllüdlü Zakir Murtuz oğlu Şabanov kəndin inzibati ərazisindəki dağlıq ərazidə qoyun otaran zaman ehtiyatsızlıqdan dərəyə yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

 

80 yaşlı Zakir Şabanov yaxınlarının köməkliyi ilə yaşadığı evə aparılıb. Zakir Şabanov evə gətirildikdən bir qədər sonra aldığı ağır xəsarətlərdən ölüb.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

LENT

20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>