Sizin link burada

İraqda zəlzələ zamanı azı 1 nəfər ölüb, 100-ü yaralanıb - YENİLƏNİB-1

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İraqda 1 nəfər ölüb, 100-dək insan xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə tibb sahəsindəki mənbə bildirib.

Onun sözlərinə görə, 60 nəfər Xanakində, daha 40-ı isə Balad Ruz şəhərində yaralanıb.

Bundan əvvəl “Sky News Arabia” telekanalı İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 6 nəfərin öldüyünü bildirib.

 

***

 

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində azı 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.

 

Bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

 

***

 

İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə  Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

LENT

24 Yanvar 2018
23 Yanvar 2018

Digər xəbərlər >>>