Sizin link burada

Qurbanovun rəhbərliyi altında millimizin ilk TOPLANIŞI

Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib. Lent.az sport24.az-a istinadən xəbər verir ki, komanda Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.

 

Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.

 

Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>