Sizin link burada

Qazaxıstanda rusiyalı hərbçilər öldü

Rusiyanın Qazaxıstanın Priozersk şəhərində yerləşən hərbi hissəsinin iki hərbçisi Karakandin vilayətində balıq tutan zaman batıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Priozersk şəhərindən 150 km uzaqlıqda baş verib.

 

Beş xilasedici, hərbi hissəsinin 15 əməkdaşı 1981-ci il və 1985-ci il təvəllüdlü hərbçilərin axtarışına cəlb olunub. Hərbçilərdən birinin cəsədi yerli əhali tərəfindən gecə 03.43 radələrində aşkarlanıb. Digər hərbçinin axtarışı davam edir.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>