Sizin link burada

“Azərkitab” kitab təbliğatı mərkəzi mükafatlandırıldı

Hər bir dövlətin  inkişafı və hər bir xalqın tarixi müxtəlif mərhələlərində nə qədər təlatümlü və mürəkkəb şəraitlə qarşılaşmasından asılı olmayaraq bütün çıxış yollarının ən vacibi və əhəmiyyətlisi yalnız elmdir və elmin mənbəyi kitabdır.Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Azərbaycançılıq ideologiyasının banisi, Ulu Öndər Heydər Əliyev həmişə siyasətinin uğurlarını elmdə və kitabda görüb və dəfələrlə vurğuladığı kimi xalqımız ən qədim kitab və kitabxana yaradan xalqdır. Bu gündə dövlətimizin bütün sahələrdə inkişafının strateji əsasını elmi yanaşma, informatik prensiplər dayanır. Son illərin ordu quruculuğunda, iqtisadi sahədə, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında informasiyanın – kitabın tarixi rolu danılmazdır. Bu mənada qeyd etdiyimiz bütün aktual ictimai siyasi və mənəvi problemlerin gələcəkdə də yeni nəsil tərəfindən uğurla həllini tapmaqda yeganə güc mənbəyi kitabdır.

 

Lent.az xəbər verir ki, “Azərkitab” kitab təbliğat mərkəzinin, gənc nəslin kitab və kitabçılıq ənənənsinə dərindən yiyələnməsi üçün apardığı təbliğat işi və xeyriyyəçilik tədbirlərinin sayı, məzmunun miqyası genişlənməkdədir. Respublika ictimayyətinin “Azərkitab” kitab təbliğat mərkəzinin göstərdiyi fəaliyyətini günün tələbləri və milli ehtiyaclarımız səviyyəsində yüksək qurması, ‘’Azərbaycan Jurnalist Müharibə Veteranları Assosasiyası’’  və  ‘’Şəhid Ailələrinə maddi və mənəvi dəstək‘’ ictimai birliyi   tərəfindən həmin mərkəzin layihə rəhbəri Həsənov  Sabir Fəxri fərman ve Diplomla təltif edilib.

 

Noyabır ayının 11-də mərkəzdə  keçirilən tədbirdə AJMVA prezidenti, qazi yazıçı jurnalist, beynəlxalq sülh mükafatı laureatı Tahir Paşa qeyd edib ki, “Azərkitab” imzası yalnız mahiyyəti və öz aktivliyi sayəsində keçid dövrünün məhsuldar mərhələsində bu günə qədər olan fəaliyyətini qiymətləndirib və bu layihələrin çox böyük əhəmiyyət kəsb etdiyini xüsusilə qeyd edib. Tahir Paşa və Şəhid ailələrinə maddi və mənəvi dəstək kollektivi həmişə bu tipli tədbirlərdə gələcəkdə də yaxından iştirak etmələrinə söz veriblər.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>