Sizin link burada

Əfsanəvi idmançının səhhəti ağırlaşdı

Ağır atletika tarixində ilk üçqat olimpiya, yeddiqat dünya çempionu Naim Süleymanoğlunun səhhəti ağırlaşıb.

 

Qol.az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl qara ciyəri dəyişdirilən 50 yaşlı Süleymanoğlu dünən beyin qanaması keçirdiyi üçün təcili əməliyyat edilib. 1 saat 30 dəqiqə davam edən əməliyyatdan sonra o, reanimasiyaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, sabiq idmançının hazırda durumu sabit olsa da, həyati təhlükəsi davam edir.

 

Əməliyyatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Süleymanoğlunun ailə üzvləri ilə telefonla danışdığı və onun səhhəti barədə məlumat aldığı bildirilib.

 

Qeyd edək ki, Naim Süleymanğolu həmçinin 46 dəfə dünya rekordu müəyyənləşdirib. O, ağır atletika tarixində indiyədək ən çox titulu olan idmançıdır.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>