Sizin link burada

Bakıda yağış yağacaq, rayonlarda duman-çiskin olacaq

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həgftənin ilk iş günündə paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq. 

 

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>