Sizin link burada

Bakıda 16 və 17 yaşlı oğlanların faciəsi - İKİSİ DƏ ÖLDÜ

 

Noyabrın 11-də Xəzər dənizində batan və 1 gün meyitləri tapılan 2 nəfərin adları məlum olub. Lent.az xəbər verir ki, qayıqla Pirallahı rayonu ərazisindən açıq dənizə çıxan şəxslər Çilov adasının sakinləri – 17 yaşlı Fikrət Hüseynzadə və 16 yaşlı Seyran Qurbanov olub. Onlar balıq tutmaq üçün dənizə gediblər və dalğalı şəraitində, həm də təcrübəsizlik səbəbindən qayığı çeviriblər.

 

Qeyd edək ki, gənclərin axtarışına FHN-in dalğıc-xilasediciləri ilə yanaşı, SOCAR-ın gəmiləri də cəlb edilib. Onların ikisinin də meyiti tapılaraq sudan çıxarılıb.

 

 

*****

 

12 noyabr

 

Dünən Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb. İtkin düşmüş digər şəxsin axtarışları davam etdirilir. Axtarışlarda Fövqəladə Hallar Nazirliyinim Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

 

*****

 

11:25

 

Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışı davam etdirilir. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışa cəlb olunub. Əlavə məlumat veriləcək.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>