Sizin link burada

Nənəsini vəhşicəsinə öldürdü, taksiyə minib polis şöbəsinə getdi - TƏFƏRRÜAT

Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqovanın qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub. Lent.az Report-a istinadən xəbər verir ki, cinayəti törədən şəxs 30 yaşlı Reyhan Davudovadır.

O, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Nüvər Sadıqova dəfn edilib. Qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.

 

 

*****

 

 

11:02

 

 

Şəkidə 79 yaşlı nənə nəvəsi tərəfindən qətlə yetirilib. 


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 11-i axşam saatlarında Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.

 

1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfində qətlə yetirilib.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>