Sizin link burada

"Real”dan PSJ-yə 80 milyonluq təklif

.
PSJ-nin müdafiəçisi Markinyos karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü Madrid “Real”ının maraq dairəsinə düşüb.
 
“Kral klubu” 23 yaşlı futbolçunun keçidi ilə bağlı artıq qarşı tərəflə danışıqlara başlayıb. Mərkəz müdafiəçisi axtarışında olan “Real” “sambaçı”nın transferi müqabilində fransızlara 80 milyon avro təklif edib. Lakin PSJ rəhbərliyi hələlik bu təklifə konkret cavab verməyib.
 
Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-nin formasını geyinir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>