Sizin link burada

İrəvanda tələbələr 5 gündür küçələrdədir - VİDEO

Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz aksiyaları 5 gündür davam edir.
 
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, İrəvan Dövlət Universitetinin tələbələri əsas korpus önündə toplaşaraq, tələbləri yerinə yetirilməyənədək dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıb.
 
Xatırladaq ki, etirazçılar noyabrın 9-da baş nazir, habelə müdafiə və təhsil nazirləri ilə görüşsələr də, danışıqlar nəticəsiz başa çatıb. Bundan sonra müdafiə nazirinin müavini Artak Zakaryan bildirib ki, qanun layihəsinə xüsusi istedadlı tələbələrə müəyyən güzəştlərlə bağlı düzəliş edilib və onlar parlamentin 14-17 noyabr tarixlərindəki iclaslarında müzakirə olunacaq.
 
Xatırladaq ki, tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>