Sizin link burada

Bazar gününün HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-13°, gündüz  15-18°, Bakıda gecə  11-13°, gündüz  15-17° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 15-19°, dağlarda 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>