Sizin link burada

Türkiyə klubu millimizin hücumçusuna “elçi düşdü”

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, forvard artıq bir rəsmi təklif alıb.

 

 

Bu mövsüm Dənizli klubunda əsas heyətdən kənarda qalan Yılmaz I liqa təmsilçisi “Çaykur Rizəspor”un maraq dairəsinə düşüb. Yanvarda heyətdə köklü dəyişikliklər etməyi planlaşdıran Rizə klubunun baş məşqçisi İbrahim Üzülməz transfer siyahısını rəhbərliyə təqdim edib. Üzülməz hücum xəttinin məhz Dənizlə gücləndirilməsini tələb edib. Dərhal hərəkətə gələn rizəlilər 29 yaşlı oyunçu ilə danışıqlara start veriblər.

 

 

Qeyd edək ki, Dəniz Yılmaz “Bursaspor”a 2016-cı ildə “Bursaspor”dan keçib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>