Sizin link burada

Tunisdə fövqəladə vəziyyət rejimi uzadıldı

Tunisin prezidenti Beci Kaid Essebsi ölkədə fövqəladə vəziyyət rejimini daha 90 gün uzadıb.

 

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

 

“Baş nazir və Nümayəndələr Palatasının sədri ilə məsləhətləşmələrdən sonra prezident Beci Kaid Essebsi noyabrın 12-dən etibarən ölkədə fövqəladə vəziyyət rejiminin daha 90 gün uzadılmasına dair qərar verib”, məlumatda deyilir.

 

Qeyd edək ki, Tunisdə fövqəladə vəziyyət rejimi 2015-ci ildə, Sus şəhəri yaxınlığında törədilən terror aktından sonra tətbiq edilib. İyunun 26-da baş verən və 40 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti İSİD terror qruplaşması öz üzərinə götürüb.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>