Sizin link burada

DÇ-2018-in daha bir iştirakçısı bəlli oldu

DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

 

APA-nın xəbərinə görə, Seneqal yığması Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Cənubi Afrika Respublikasının komandasını 2:0 hesabı ilə məğlub edərək vəsiqəni təmin edib.

 

Seneqal yığması tarixində 2-ci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən “mundialda” seneqallılar ¼ finala irəliləyərək Türkiyə millisinə məğlub olmuşdular.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>