Sizin link burada

Tramp-Putin görüşü baş tutmadı

ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şam yeməyi zamanı  Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.

 

Bundan əvvəl fotoşəkil çəkilişi  zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb. Bundan əvvəl liderlər arasında görüş  iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu. Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>