Sizin link burada

Türkiyənin 3 məşhur ulduzu Bakıya gəlir

Türkiyənin üç məşhur ulduzu : Özge Özder, Begüm Birgören və Tamer  Karadağlı Bakıya gələcək.
 
 
Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, iki tanınmış aktrisa bu ayın 16-sı Azərbaycanda  qonaq olacaqlar. 
 
4 gün paytaxtımızda olan O. Özder və B. Birgören ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində iştirak edəcəklər. 
 
“Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer  Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq. 
 
Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir. 
 
“Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>