Sizin link burada

® “Festival sürprizləri” lotereya uduşlarının qalibləri məlum oldu - FOTO

 

İkinci Bakı Şopinq Festivalı (Baku Shopping Festival) tərəfindən alıcılar üçün təşkil edilən lotereya uduşlarının ilk qalibləri artıq bəlli olub.  Şanslılar Bakı Şopinq Festivalına qoşulan mağazalardan alış-veriş  zamanı “Festival sürprizləri” ani lotereya biletlərini əldə etməklə müxtəlif qiymətli əşyalar qazanıblar.

Lotereyada ilk bəxti gətirənlərdən Pünhan Miriyev və Ruslan Mirzəliyev televizor qazanıblar. Qaliblərə uduşları “Metro Park” AVM-in PR meneceri Anar Zeynalov təqdim edib. Bundan başqa, Səadət Ağayeva adlı müştəri lotereyada soba qazanıb. Ona hədiyyə “Optimal Elektroniks”in nümayəndəsi Zöhrab Hüseynov tərəfindən təqdim olunub.

9 noyabr Dövlət Bayrağı Günündə ikiqat sevinc yaşayan Bakı Şopinq Festivalı ani lotereya uduşlarının digər qalibləri isə aşağıdakı şəxslər olublar:

“Metro Park” AVM-dən televizor qazananlar:

Hüseynov Ülvi

Ələkbərov Anar

Hüseynov Kənan

Nuriyev Pünhan

Mirzəliyev Ruslan

 

“Baku Elektronics”dən tozsoran qazananlar

Abdullayev Rafael

Əliyev Toğrul

Əlizadə Taleh

Abdullayev Rəşad

Vusalə İlham

“Optimal Elektronics”dən soba qazananlar:

Əhmədova Ramilə

Sadıxova Nuriyyə

“Park Bulvar”dan kamera qazananlar:

Orucova Mədinə

Əliyev Nadir

Məmmədli Dilbər isə “Monolit Plaza”dan İsmayıllıda  2 nəfərlik otel nömrəsində istirahət hüququ qazanıb.

Artıq hədiyyələrin bəziləri qaliblərə təqdim olunub.

Qeyd edək ki, 1 noyabrdan 25 noyabradək festival mağazalarından 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etdikdə siz “Festival Sürprizləri” adlı ani stimullaşdırıcı lotereyanın iştirakçısı olursunuz. Lotereya biletini əldə etmək üçün alış-veriş zamanı sizə verilən vergi hesab-fakturasını Bakı Şopinq Festivalının “Məlumat Masası”na təqdim edin və dəyərli uduşlara dərhal sahib olmaq şansı qazanın! Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 bilet əldə edə bilərsiniz. Bileti yerində pozun və bir-birindən qiymətli uduşlar qazanın! 

Uduşda 20 mindən çox bilet hədiyyə qazandıracaq. Bu lotoreyaların uduşunda festival iştirakçısı olan mağazalarda həm yerli vətəndaşlar, həm də şəhərimizin əcnəbi qonaqları iştirak edə bilərlər.

Lotoreya iştirakçıları “Metro Park” AVM-dən 20 ədəd TV, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketdən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba qazanmaq şansı əldə edəcəklər.

Bundan başa, aşağıdakı linkdə göstərilən saysız-hesabsız hədiyyələrin də sahibi ola bilərsiniz:  http://bakushopfest.com/lotereya/lotereya-hediyyeleri/

 

 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>