Sizin link burada

Tanınmış müğənnimiz onu təhqir edənləri belə cəzalandırır - VİDEO

Azərbaycanlı müğənni Aslan Hüseynov sosial şəbəkədə ona qarşı tənqid yazanlardan danışıb.

 

 

Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, sosial şəbəkədə ona tənqid yox, təhqir yazanları şəxsən özü tapır və cavabını verir:

 

“Hər zaman deyirəm ki, məni sevməyən də olmalıdır. Amma bizdə bəzən təhqirlə tənqidi səhv salırlar. Ətrafımda olan dostlarım bilir ki, fərqli insanam. Məni tənqid edən adamı tapmayana, başa salmayana qədər ondan əl çəkmirəm. Hətta işimi gücümü atıb bu işlə məşğul oluram. Heç kimə icazə verilmir ki, kimisə təhqir etsin. Məni bəyənmirsənsə, gözüm aydın. Mən heç səni tanımıram ki, kimsən. Amma məni təhqir edirsənsə, səni tapacağam. Yəni necə lazımdırsa, elə də tapıram. Elə şeyləri boş vermək olmaz”.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>