Sizin link burada

Putin-Ərdoğan görüşündə bu mövzular müzakirə olunacaq

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.  
 


"Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfərə gələcək. Regional və beynəlxalq problemlər, o cümlədən Suriyamünaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildirilib. O da qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>