Sizin link burada

Meteohəssas insanlara ŞAD XƏBƏR

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-11°, gündüz 14-17°, Bakıda gecə 9-11°, gündüz  15-17° isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11°, gündüz 14-19°, dağlarda 0-5°, gündüz 7-12° isti olacaq. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>