Sizin link burada

Səidə Sultandan Tacirə etiraz: "Onun başını kəsəsən"

Müğənni Tacir Şahmalıoğlunun bir müddət öncə dediyi “oğlum müğənni ilə sevgili ola bilər, amma evlənə bilməz” sözləri cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişində qonaq olan müğənni Səidə Sultan həmkarını bu sözlərə görə tənqid edib: “Bizim Azərbaycanda belə bir düşüncə var ki, müğənnini almaq olmaz. Eləsinin başını kəsəsən. Keçən dəfə müğənni Tacir çıxıb efirdə açıqlama verdi ki, müğənni qızla sevgili olmaq olar, almaq yox. Bu nə sözdür? Subyektiv fikrini özünə saxlasın. Elə söz olar? Ayıbdır”.

 

 

 

Qeyd edək ki, “APA TV”-nin “Show time” verilişinə qonaq olan T.Şahmalıoğlu “Oğlunuzun müğənni qızla evlənməsinə razı olardınızmı?” sualına belə cavab vermişdi: “Oğlumu başqa sahəyə yönəldirdim, dedi ki, ata, məni musiqidən ayırma. Mən də ayırmadım. Amma oğlumun evlənmək məsələsi mənlikdi. Kimi deyəcəmsə, onu da alacaq. Ola bilər ki, hansısa müğənni ilə sevgili həyatı yaşasın. Amma oğluma elə tərbiyə vermişəm ki, mən deyəni edir. Özü də deyir ki, sən nə desən, o da olacaq. Özünə də demişəm ki, bu həyatda seçimlərində nələrə getmək lazım olduğunu mən deyəcəm”. 

 

 

 

Aparıcının T.Şahmalıoğluna ünvanlandığı “Sözünüzdən belə çıxır ki, müğənni ilə sevgili həyatı yaşamaq olar, amma ailə qurmaq yox?” sualına isə müğənni belə cavab verib: “Bunların hamısını həyat göstərər. Bu, Allahın işidir. Konkret nəsə demək olmaz. Bəlkə də ola bilər ki, müğənni qız istəyə, mən də nəsə deyə bilməyəm. Hər şey nəzarətimdədir. Tam kişi olana qədər onu mən yönəldəcəyəm. Ondan sonra nə edəcəyini özü bilər. Çünki bu işlərdə başım daşlara dəydi. Amma məni yıxa bilmədilər. Ona görə də istəmirəm ki, başıma gələnlər oğlumun da başına gəlsin”.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>