Sizin link burada

Ankara Yunanıstanda cəza alan terrorçuya məzuniyyət verilməsini qınadı

Türkiyə XİN-i Yunanıstanda 15 il əvvəl 11 ömürlük həbs cəzası alan “17 noyabr” terror qruplaşmasının lideri Dimitris Kufontinasa ikigünlük məzuniyyət verilməsini qəbuledilməz olduğunu bəyan edib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.   

 

Dimitris Kufontinas 1991-ci ildə Türkiyənin Afinadakı səfirliyinin press-attaşesi Çetin Görgünü qətlə yetirməkdə və 1994-cü ildə səfirin müavini Xaluk Sipahioğluna sui-qəsd cəhdində təqsirli bilinib.   

 

“Diplomatlarımızın qətlində təqsirli bilinən terrorçu ilə bağlı bu cür addımların atılması ölkəmiz üçün qəbuledilməzdir”, - deyə bəyanatda bildirilir.  

 

“17 noyabr” terror qruplaşması 1975-2002-ci illərdə fəaliyyət göstərib. Qruplaşmanın 14 üzvü  partlayışlar, qarətlər, 23 ABŞ, Böyük Britaniya və Türkiyə diplomatları və hərbçiləri, yerli siyasətçi və sahibkarları qətlə yetirməkdə təqsirli bilinib. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>