Sizin link burada

Putin-Tramp görüşündə müzakirə olunacaq əsas mövzu

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündə “Rusiyanın ABŞ-dakı  seçkilərə müdaxiləsi” mövzusunu müzakirə edə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.  

 

Məlumata görə, Xezer Nauert bu barədə “Fox News” telekanalının efirində aparıcının qeyd olunan mövzunun görüşdə müzakirə olunacağına dair sualına cavabında bildirib: “Bu məsələ tez-tez müzakirə olunur”.  

 

“ABŞ xüsusi xidmət orqanları Rusiyanın seçkilərə müdaxiləsinə dair açıq-aydın işarə ediblər”.

Qeyd edək ki,  sayca ikinci olan Putin-Tramp görüşü noyabrın 10-da Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Bundan əvvəl liderlər arasında görüş  iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>