Sizin link burada

İcra başçısının yaxın qohumu ağır qəzaya düşdü

 

Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.

 

APA-nın yerli bürosunun xəbərinə görə, iki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 21015”in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, “VAZ 2107”nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

 

Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>