Sizin link burada

Bakıda temperatur 8 dərəcəyədək düşəcək, bəzi yerlərdə şaxta olacaq - XƏBƏRDARLIQ

 

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi  əsəcək.

 

Havanın temperaturunun gecə 8-11° isti, gündüz  13-16° isti, Bakıda gecə  9-11° isti, gündüz  14-16° isti olacağı gözlənilir.

 

 

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  4-9° isti olacağı gözlənilir. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>